Bu günə xəbərlərin oxunma sayı: 1168
— 08.11.2018 14:08

Şəmkirdə kikboksinq üzrə rayonun açıq birinciliyi keçirilib

KepezTV Player

Yarış yerli Olimpiya İdman Kompleksində reallaşıb. Birinciliyinin açılış mərasimində kikboksinqin ölkəmizdə kifayət qədər populyar olmasından bəhs olunub. Azərbaycan idmançılarının hər il dünya və Avropa çempionatlarından, eləcə də müxtəlif səviyyəli digər beynəlxalq turnirlərdən çoxlu sayda medallarla qayıtdığı vurğulanıb. Rəsmi hissədən sonra döyüşlərə start verilib. Bununla da döyüşçülər medallar uğrunda mübarizəyə qoşulublar. Artıq uzun illərdir ki, respublikamızda keçirilən kikboksinq yarışları narkomaniya və uşaq cinayətkarlığına qarşı devizi altında reallaşır. Elə Şəmkirdəki yarışda istisna deyil. Təbii ki, məqsəd uşaqları təhsil və idmandan yayındıran pis vərdişlərdən uzaq tutub, aktiv həyat tərzi keçirməyə yönəltməkdir.

Yarış uşaq, yeniyetmə və gənclər arasında keçirilib. Birincilikdə ümumilikdə 45 çəki dərəcəsi üzrə 350 idmançı qüvvəsini sınayıb. Bu qədər döyüşçü 25 şəhər və rayonu təmsil edib.

İkinci dəfə təşkil olunan yarışda əldə olunan medalların sayına və əyarına görə Şəmkir kikboksinqçiləri komanda hesabında birinci olub. Gəncə 2-ci, Ağcabədi idmançıları 3-cü yeri tutub.  

 

Azad Rəfi