• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 08.11.2018 14:25

Türkiyə son illərdə ən çox humanitar yardım edən ölkələr sırasındadır

KepezTV Player

Türkiyə ehtiyacı olan dövlətlərə müxtəlif sahələr üzrə yarıdım etməkdə 1-ci yerdə dayanır. 2002-ci ildən başlayaraq daha geniş şəkildə aparılan insanı yardım kompaniyalarının davamı olaraq qardaş ölkə 2017-ci ildə 9 milyard dollardan artıq vəsait xərcləyib. Bu barədə jurnalistlərlə görüşən Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk məlumat verib. Türkiyəli diplomat həmçinin ölkəsini son zamanlarda apardığı daxili və xarici siyasəti haqqında da danışıb. Türk dünyasının getdikcə yaxınlaşmasından söz açan Baş Konsul Azərbaycanın bu yöndə apardığı işlərdən məmmun qaldığını bildirib. Türkiyəli diplomat görüş zamanı Türkiyə Azərbaycan münasibətlərinin uğurlu inkşafından və hər iki qardaş ölkənin siyası, iqtisadi, sosial və mədəni sahədə tərəfşalığına da toxunub.

Zeki Öztürk - Türkiyənin Gəncədəki Baş Konsulu “ Milli gəlirə görə və büdcədən ayrılan vəsaitə görə, Türkiyə dünyanın humanitar yardımlar sahəsində ən cömərt ölklər seçilmişdir. Bu yardımları edərkən irq, çins, din, dil seçimi edilməmişdir. Dünyanın müxtəlif coğrafiyalarında  yaşayan insanlara yardımlar çatrılmşdır”

 

 

Xaliq Qurbanlı