• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 08.11.2018 14:20

Gəncədə onkoloji xəstələr üçün pulsuz müayinə həyata keçirilir

KepezTV Player

Onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncədə ödənişsiz tibbi müayinələr keçirilir. Milli Onkologiya Mərkəzinin 14 nəfərlik həkim briqadası Gəncə şəhəri və ətraf rayonlardan müxtəlif yaş qruplarından olan sakinlərin sağlamlığını yoxlayıblar. Aksiya Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təşkil edilib.

2 gün ərzində 1000-dən çox vətəndaş müayinədən keçirilib. Risk qrupuna aid olan və onkoloji xəstəlik aşkarlanan vətəndaşlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.

Vətəndaşların aksiyaya cəlb olunması, qeydiyyatı və müayinələrdən keçməsini təşkil edən RİİB nümayəndələri və könüllüləri eyni zamanda maarifləndirici xarakterli müxtəlif çap materialları da paylayıblar.

Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaq, eyni zamanda region sakinlərinə daha rahat və keyfiyyətli tibbi xidmətdən yararlanma imkanı yaratmaqdır.

 

 

Ruhəngiz Hacıyeva