• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 08.11.2018 10:03

ZTE ön kameradan məhrum, çərçivəsiz flaqman smartfon təqdim etdi

Çinin ZTE şirkəti digər istehsalçılardan nümunə götürərək özünün çərçivəsiz smartfonunu təqdim edib. O, ekranın yuxarı hissəsindəki çıxıntıdan məhrum olub. Xiaomi və başqa smartfonlarda bundan slayderləri sürüşdürmək üçün imtina olunsa da ZTE fərqli yol seçib və sadəcə ön kameranı siyahıdan silib. Əvəzində aparat arxa paneldə tam ölçülü ikinci ekran qazanıb. ZTE Nubia X FHD+ ölçülü 6,26 düymlük LCD ekran və 5,1 düymlük OLED ekrana yiyələnib. Bu cür quruluş heç bir narahatlıq olmadan əsas kamera ilə selfi çəkməyə imkan verir. Nubia X Qualcomm Snapdragon 845 prosessoru, 6/8 QB operativ, 64, 128 və 256 QB əsas yaddaşla təmin olunub. 3800 mAs (milli amper saat) isə onun batareya həcmidir. 16 və 24 meqapiksellik əsas cüt kamera süni intellekt texnologiyasını dəstəkləyir. Belədə daha keyfiyyətli görüntülər qeydə almaq olar. Smartfonun ikinci kamerası nəinki selfi üçün, həmçinin əsas ekran üçün alternativ kimi də istifadə etmək mümkündür. Cihaz sahibinin hansı kameraya baxdığını müəyyən edə bilir. ZTE Nubia X ilk olaraq Çində satışa çıxacaq. Qiymətlər isə versiyadan asılıdır və 473-600 dollar arasında dəyişir.