• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 07.11.2018 22:02

Ər arvadını baltaladı

KepezTV Player

Şəmkirdə qanlı olay yaşanıb. Hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib. Kənd sakini, 30 yaşlı Ələkbər Əliyev balta ilə həyat yoldaşı, 18 yaşlı Nərmin Mehdixanovanın baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının Travmatologiya şöbəsinə göndərilib. Yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.