• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2328
— 07.11.2018 14:54

Röyal Əliyev Avropa çempionu olub

KepezTV Player

Gəncə idmançısı şotakan karate üzrə Avropa çempionatının qalibi olub. Bu nailiyyətə Röyal Əliyev imza atıb. Əliyev Bolqarıstanın Albena şəhərində təşkil olunan yarışda kişilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qitə çempionatında 75 kq çəki dərəcəsində iki versiyada döyüşüb və hər iki kateqoriyada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Röyal şobu sanbon və şobu ippon üzrə yarışlarda rəqib tanımayıb.

Röyal Əliyev əməkdar məşqçi Əziz Əzizovun yetirməsidir. O, buna kimi də dünya və Avropa çempionatlarının mükafatçısı olub.

Sonuncu qitə yarışında qazandığı nəticə Röyal Əliyevin digər mühüm turnirlərdə iştirakına imkan yaradıb. Bu mənada karateçi yaxın gələcəkdə dünya çempionatında çıxış etmək şansı əldə edib.

 

Azad Rəfi