• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 07.11.2018 14:59

Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinlərini qəbul edib

KepezTV Player

Hacıkənddə vahid su şəbəkəsi və kanalizasiya sistemi yoxdur, burada yeni su xətləri və sanitar qovşaqların çəkilməsinə ehtiyac var. Həmçinin qəsəbənin 5 küçə və 2 dalanının gecə işıqlanması mövcud deyil. Bununla yanaşı qəsəbədə mağaza və ya marketin olmaması da sakinlər üçün çətinlik yaradır. Gəncənin Hacıkənd qəsəbəsinin sakinlərini dinləyən şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova işlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, diabet xəstələrinin dərman preparatları ilə təminatı, sənədsiz ev və təsərrüfatların rəsmiləşdirilməsi kimi müraciətlər də ünvanlanıb. Qəsəbədə olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verən İcra başçısı, səslənən bəzi problemlərinin qeydiyyata alınaraq araşdırılması üçün göstəriş verib. Dilə gətirilən bir çox məsələlər isə yerindəcə öz həllini tapıb.