• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 07.11.2018 14:45

Gəncə Regional Ədliyyə İdarəsi əməkdaşları GDU-nin müəllim və tələbə kollektivi ilə görüş keçirib

KepezTV Player

Gəncə Regional Ədliyyə İdarəsi əməkdaşları, qurumun yaranmasının 100 illiyi ilə əlaqədar Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirib. Marifləndirici xarakter daşıyan tədbirdə, 100 illik tarixə malik Azərbaycan ədliyyəsinin faliyyətindən və funksional strukturlarından bəhs edilib. Bu gün nazirlik hüquq mühafizə fəaliyyəti, Məhkəmə qərarlarının icrası, əhalinin dövlət reyestrini, pentensiyar nəzarət, notariyat fəaliyyəti və digər hüququ sahələr üzrə vətəndaşlara xidmət göstərdiyi diqqətə çatdırılıb. Tədbirdən sonra Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdraəsi və yerli ədliyyə qurumlarının əməkdaşları, AXC-nin və Ədliyyə orqanının yaranmasının 100 illiyi münasibəti ilə qanvermə aksiyasında iştirak ediblər. Mərkəzi Qan Bankının Gəncə bölməsində keçirilən aksiyada 100-ə yaxın ədliyyə işçisi iştirak edib. Donorlardan təxminən 40 litrdən çox qan götürülüb. Götürülən qan nümunəlri labarator müayinə olunduqdan sonra talasemiya və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.