• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 07.11.2018 14:38

Göygöl peşə məktəbinin tələbə kontingentinin sayı artırılıb

KepezTV Player

Göygöldə gənclərə 4 yeni ixtisas üzrə peşə təhsili tədris olunur. Tələbata uyğun kadr hazırlığına istiqamətlənən bu addın rayon gənclərinin məşğulluğunun təminatına da təkan verəcək.

Ərzaq və qeyri-ərzaq mallarının satıçısı, nəzarətçisi, xəzinadarı, kəndli-fermer təsərrüfatı və BC katoqoriyalı sürücü, bərəbər-vizajist-manikür, eləcə də meyvə-tərəvəz ustası ixtisaslarına bu il ilk dəfə qəbul həyata keçirilib. Göygöl Peşə Məktəbində yaradılan bu ixtisasla dövlət və ödənişli əsaslarla həyata keçirilir.

Xanəsdə İsmayılova - müəllim – “Qrupumuzda 22 şagird var. Onlardan 5 oğlan digərləri qızdı. Onlar öyrənməyə cəhd edir. Məndə çalışıram ki, onlara bildiklərimi, yenilikləri öyrədim”.

Cəmilə Niyazova - şagird – “Kasmatologiyaya marağım olduğum üçün yazılmışam. Müəlliməmiz çox yaxşıdı. Öyrədir saçı kəsmək, yığmaq eləcədə makiyaj”.

Aydəgül Qurbanova - şagird – “ Müəlliməmiz hər çıxan dəbi öyrədir. Çox yaxşı dərs keçilir. Mənimdə marağım olduğu üçün yazıldım öyrənim. Burada öyrəndiklərimizi evdədə məşq edirk. 

Aqrar rayon olan Göygölün həm də turizm potensialı gələn tədris ilindən peşə məktəbində turizm və kənd təsərrüfatı ilə bağlı yeni ixtisasların açılmasını gündəmə gətirib.

İftixar Hüseynov - Göygöl Peşə Məktəbinin direktoru – “Kənt təsərrüafatına uyğun ixtisaslı kadrların hazırlanmasına maraqlıyıq, həm də turizimlə bağlı mütəxəsislərin üçün çalşırıq. Gələcəkdə turizim sahəsində çalışan mütəxəsislərin hazırlanması üçün turizim ixtisasların açılmasına çalışacağıq. Rayonda sahibkarlarla, dövlət idarə müəsisləri ilə əməkdaşlıq var. Təbii ki, peşə məktəbini bitərən şagirdlərimiz həm  dövlət həm də özəl müəsisələrdə çalışırlar. Məktəbi bitirən şagirdlərin savadlılığından, bacarığından asılı olaraq şagirdlərimiz işlə təmin olunurlar.

Peşə məktəbinin peşə liseyinə çevrilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət olunub. Ötən tədris ilində peşə məktəbində 200 şagird təhsil alırdısa hazırda bu say 220-ə çatıb.

 

Elnur Vahidoğlu