• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 07.11.2018 13:30

Bahalı avtomobildən külli miqdarda pul oğurlanıb

KepezTV Player

Bakıda bahalı avtomobildən külli miqdarda pul oğurlanıb. Hadisə paytaxtın Yasamal rayonu, Qırmızı Şərq küçəsində baş verib. Yasamal rayon sakini, 59 yaşlı Elton Orucova məxsus "Mercedes" markalı, Gürcüstan dövlət nömrə nişanlı avtomobil evinin qarşısında qarət olunub. Naməlum şəxslər maşının şüşəsini sındıraraq içəridə olan 22 min 600 manatı oğurlayıblar. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.