• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 07.11.2018 13:22

Azərbaycana 105 kq-dan artıq heroin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar. Narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasına gələn Türkiyə vətəndaşı, 51 yaşlı Bəkir Koroğlunun idarə etdiyi "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub. Qoşqunun şübhəli hissəsinə fiziki baxış keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyəyə gedəcəyi müəyyən olunub. Fakt üzrə cinayət işi açılıb.