Bu günə xəbərlərin oxunma sayı: 1169
— 07.11.2018 13:01

Minik maşını mikroavtobusla toqquşdu

KepezTV Player

Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Səncərədi kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yoldan çıxaraq kənd sakini 66 yaşlı Validə Salayevanı vurub. Hadisə zərərçəkənin evlərinin yaxınlığında başverib. Ağır bədən xəsarətləri alan qadın təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Gəncədə də yol qəzası baş verib. Sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Nizami Gəncəvi prospektində, şəhərdaxili marşurut üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" toqquşub. Nəticədə minik avtomobilində olan 2 qardaş - Gəncə sakini 42 yaşlı Natiq Əhmədov və Şəmkir sakini 40 yaşlı Fəzail Əhmədov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Gəncə şəhər Təcili Tibbı yardım xəstəxanasından verilən məlumata görə, hər iki şəxsə ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə buxarılıb.

Gəncədə daha bir qəza şəhərin Təbriz küçəsində qeydə alınıb. Gəncə sakini 60 yaşlı Rizvan Məhərrəmov "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yolun kənarındakı şam ağacına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.

Bakı-Qazax magistralının 393-cü km-də - Şəmkir rayonu ərazisində də qəza olub. 21 yaşlı Xətai Kazımlının idarə etdiyi "VAZ 21011" markalı avtomobil Kür qəsəbəsindən magistral yola çıxarkən baş yolla hərəkət edən, 24 yaşlı Ayxan Alızadənin sükanı arxasında olduğu "Ford transit" markalı mikroavtobusla toqquşub. Zərbənin təsirindən hər iki maşın yolun kənarına düşüb. Qəza zamanı xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Qəzaların səbəbləri araşdırılır.

 

Natiq Hüseyn