• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 06.11.2018 15:37

Gəncənin abadlaşdırılan küçələrində işıqlandırma sistemi də yenilənir

KepezTV Player

Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində şəhərin küçə işıqlandırılması da diqqət mərkəzindədir. Hazırda şəhərin asfalt örtüyü çəkilən bir neçə küçəsində dayaqlar basdırılır. Gəncə şəhər Küçə işıqlandırma şöbəsi tərəfindən  son bir neçə ayda Tağı Arani, Bağmanlar, Fikrət Əmirov, Museyib Bağırov, Feruz Məlikov, Mirzə Ələkbər Sabir, Əttarlar və Mircəlal Paşayev küçələri tam işqılandırılaraq əhalinin istifadəsinə verilib. Şəhərin inkşaf planına uyğun olaraq Gəncənin ətraf yaşayış massivlərində də yaxın vaxtlarda küçə işqıandırılıması ilə bağlı işlər həyata keçiriləck. Payız-qış mövsümü ilə əlaqədar olaraq hazırda şəhərin küçə və prospektlərində işıqlandırma saat 17:30-dan səhər 7-dək həyata keçirilir.

Akif Qəmbərov Gəncə Şəhər Küçə İşıqlandırma Şöbəsinin sahə rəisi: Museyib Bağırov küçəsində Gəncə şəhər Cihazqayırma zavodunda istehsal olunan işıqlandırıcılardan 110 ədəd ilkin olaraq istifadə olunub təcrübə üçün. Mövcud sərfiyyatdan 4-5 dəfə qənaətli olan işıqlandırıcılar gözəl işıqlandırıcı effekti əldə olunub və hazırda əhalinin istifadəsinə verilib.