• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 06.11.2018 14:27

Külli miqdarda brilyant qaşlar aşkar edilib

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısını alıblar.Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Aqil İsmayılova məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirləri əks olunub. Sərnişin saxlanılaraq əl yükündə təkrar yoxlama aparılıb. Əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.Fakt araşdırılır.