• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 06.11.2018 14:24

Vətəndaşları ziyarətə aparmaq adı ilə aldadan şəxs tutulub

KepezTV Player

Salyan rayon Xalac kənd sakini Cəmil Mirzəyev Salyan Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, təsadüfən tanış olduğu Miramil adlı şəxs ondan iki nəfərin Məşhəd və Kərbəla ziyarətlərinə aparılması üçün 640 manat pulunu və ümumvətəndaş pasportunu alıb, lakin vədinə əməl etməyib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər Heydər Əliyev küçəsi ev 46, mənzil 34-də yaşayan Amil Zeynalov olduğu müəyyənləşib.

Elzadə Cəfərov Salyan RPŞ-nin müstəntiqi:Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmil Mirzəyev Sadıqova Nigar Hacıağa qızını və Həsənova Sona Budaq qızını Kərbəla və Məşəd ziyarətinə aparmaq üçün Amil Zeynalova 2018-ci ilin oltyabrın 8-də 320 manat, oktyabrın 10-da 320 manat verməklə ona ümumilikdə 640 manat pul vermişdir.

Lakin Amil Zeynalov həmin şəxsləri aparmayıb. Özü isə qeyd olunan ziyarətdən qayıdarkən saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı o, törətdiyi əməli etiraf edib.

Amil Zeynalov saxlanılan şəxs:Cəmili tanıyırdım, qardaşnan məsciddə  tanış olmuşdum onnan. 3 nəfəri pulsuz aparacaqdıq ziyarətə, 2 nəfəri də puluynan də. Nəsə bu iş alınmadı. Etdiyim bu hərəkətdən, işdən peşimançılıq çəkirəm mən.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.