• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 06.11.2018 14:22

Qadını öldürüb, mənzilini yandırdılar

KepezTV Player

Paytaxtda evdə yanğın olub, ölən var. FHN-in məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən həyət evində baş verib. Ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinin kəşfiyyatı zamanı 77 yaşlı Tamilla Axundovanın cəsədi aşkarlanıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Araşdırmalarla müəyyənləşdirilib ki, qadın qətlə yetirilib. Belə ki, Tamilla Axundova səhər saatlarında ərini işə yola saldıqdan bir müddət sonra evə naməlum şəxs və ya şəxslər daxil olublar. Onlar qadının ürək nahiyəsinə iki bıçaq zərbəsi endiriblər. Bundan sonra mənzildəki qiymətli əşyaları götürüblər. Evi isə yandıraraq oranı tərk ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hadisəni törədən şəxslərin axtarışı aparılır.