• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 06.11.2018 14:19

Avtomobillər toqquşdu, 5 nəfər yaralandı

KepezTV Player

Gəncə şəhərində iki avtomobil toqquşub.Yol-nəqliyyat hadisəsi Gəncə qala qapılarının yanında qeydə alınıb. Qəza zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan 3-nə ambulator müalicə təyin edilib. Digər yaralılar, Gəncə şəhər sakinləri 42 yaşlı Səidə Rəsulova və 29 yaşlı Əminə Əliyeva isə stasionar müalicə üçün palataya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.