• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 06.11.2018 10:50

Yeni Mac Mini kompüteri təqdim olundu

Apple şirkəti Nyu-Yorkdakı təqdimatında çoxdan gözlənilən yeni Mac Mini desktop kompüterini təqdim edib. Yeni Mac Mini-də dördüncü nəsil 2 nüvəli çiplərin yerinə səkkizinci nəsil Intel Core prosessorlarından istifadə olunub. 4 nüvəli Core i3-dən tutmuş 6 nüvəli Core i7-ə kimi. Qrafik performans 60%, ümumi performans gücü isə 5 dəfə yüksəlib. Yeni Mac Mini həmçinin 8/64 GB RAM və 128 GB/2 TB daxili yaddaş ilə təchiz olunub.

Məlumatların şifrələnməsi və HEVC videoların emal olunması üçün T2 çipindən istifadə olunur. Bununla yanaşı Mac Mini 2018 modeli Thunderbolt 3/USB-C/HDMI 2.0, 2 ədəd adi USB və Ethernet girişləri də qazanıb. Yeni Mac Mini yaxın günlərdə satışa çıxacaq. Intel Core i3 prosessoruna, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiyaya 800$ qiymət qoyulub.