• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 05.11.2018 15:05

Xocalı polisi üçün 8 polis sahə mətnəqəsi inşa edilib

KepezTV Player

Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin tam təmin edilməsi, ictimai qaydanın qorunması və ən əsası baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Xocalı rayon polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi inşa olunub. Bu polisin iş şəraitini yaxşılaşdırmaqla vətəndaşların müraciətlərinin operativ araşdırılmasına da şərait yaradıb.

Sabir Qasımov - məcburi köçkün: Bu məntəqələr yaranandək biz bir müraciətimiz şikayətmiz olanda rayona gedirdik. Amma indi şikayətimizə müraciətimizə sahə məntəqələrində baxılır. Biz cəbhəyanı bölgədə yaşayırıq. Hava ilə 8-9 klometr məsəfimiz var.

Daxili İşlər Nazirliyi tərəfindən cəbhəboyu zonada yerləşən yeni polis sahə mətnəqəslərinin inşasını razılıqla qarşılaşayan 11 mindən çox sakin Goranboy rayonu ərazisində yaşayır. Sahə mətnəqələri polis-vətəndaş münasibətlərinin güclənməsinə də xidmət edir.  

Alış Alışov - məcburi köçkün: Polis sahə məntəqələri burada yaranandan sonra bizim təhlükəsizliyimiz yüksək səviyyədə qorunur. Əvvəllər xırda bir məsələdən ötrü müəyən məsafə qtt etməli olurduq. İndi bu məntəqələr yaranandan sonra başqa yerə müraciətimiz yoxdur.

Yeni məntəqələrdə əhali ilə keçirilən görüşlər, profilaktik söhbətlərin aparılması cinayət hadisələrinin sayının azalmasına xidmət edir. Bu işdə kəndlərdə quraşdırılan müşahidə kameralarının da rolu az deyil.  

Məqsəd Abbasov - polis sahə rəisi: Biz vətəndaşların qəbulunu polis sahə məntəqələrində aparırıq. Bundan başqa vətəndaşların sı olduğu yerlərdə görüşlər keçiririk. Məqsədimiz cinayətkarlığa qarşı mübarizə aparmaqdır.

Yeni məntəqələrin inşası tək vətəndaşların deyil asayiş keşikçilərinin də işini asanlaşdırır. Xüsusi ilə gənc polis zabitləri yaradılan hərtərəfli şəraitdən maksimum yararlanaraq cinayətkarlığa qarşı barışmaz mübarizə aparırlar.

 

Natiq Hüseyn