• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 05.11.2018 14:32

“Qoşqar” yenə qələbəyə həsrət qaldı

KepezTV Player

Həvəskar futbolçulardan ibarət komandalar arasında keçirilən Region Liqasında 4-cü turun oyunları reallaşıb. Hesabat turunda Gəncənin “Qoşqar” komandası Mingəçevirin “Energetik” kollektivi ilə üz-üzə gəlib.

Hakimlər briqadasının yubanması səbəbindən oyun təxminən yarımsaat gecikmə ilə başlayıb. Matçın hakimlərlə bağlı digər özəlliyi “Energetik”in oyununa elə mingəçevirli ədalət təmsilçilərinin təyinat alması olub.

Meydanda futbolçuların iştirakı ilə baş verənlərə gəlincə, rəqibindən daha təcrübəli olan qonaqlar ilk hissədə hesabı açmağı bacarıblar. Fasilədən sonra da hücumlarını davam etdirən Nur şəhərinin komandası 2-ci qolu meydan sahiblərinin qapısından keçirib. Buraxılan topların ardından tədricən toparlanmağa başlayan “Qoşqar” hesab arasında fərqi aradan qaldırmağa çalışıb. Və buna mingəçevirlilərin azlıqda qalmasından sonra nail olub. Hakim rəqib oyunçunu kobudluqla dayandırdığı üçün  “Energetik”in üzvünə qırmızı vərəqə göstərib. Bu epizoddan bir qədər keçmiş daha bir qayda pozuntusu qeydə alan referi bu dəfə gəncəlilərin lehinə 11 metrlik cərimə zərbəsi təyin edib. “Qoşqar” fərqi azaltsa da, bərabərlik qoluna gücü çatmayıb - 1:2. Beləcə, Nizami yurdunun təmsilçisi çempionatda ikinci ev oyununda da qələbə qazana bilməyib.

Orxan Cəfərzadə