• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1966
— 05.11.2018 14:55

Gədəbəydə məktəblərin qışa hazırlığı tam başa çatdırılıb

KepezTV Player

Ucqar dağ rayonu olan Gədəbəydə, hava şəraiti nəzərə alınaraq qışa hazırlıq işlərinə oktyabr ayının ortalarından start verilib. 83 ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyi rayonda siniflər odun, maye yanacaq və təbii qazla isidilir. Odunla isidilən 62 məktəb üçün, rayon təhsil şöbəsi tərəfindən 1300 kub metr odun tədarük edilib. Təbi qaz və maye yanacaqla isidilən 21 məktəbdə isə qazanxanalara baxış keçirilərək saz vəziyyətə gətirilib.    Nazirlər Kabinetinin qərarına əsasən, qış mövsümünə keçidlə əlaqədar məktəblərdə istilik sistemləri noyabrın 15-dən işə salınmalı olsada, lakin havalar sərt keçərsə siniflərin isidilməsinə daha tez başlanıla bilər.

Eldəniz Hüseynov - Gədəbəy Rayonu Kiçik Qaramurad kənd  tam orta məktəbin direktoru: Məktəbimizin istilik sistemi qazanxana sistemidir. Gədəbəy rayonu soyuq rayon olduğuna görə havalar çox soyuq keçir. Biz bunu nəzərə alaraq əvvəlcədən qazanxanaya baxış keçirmişik. Mütəxəsislər qazanxanı saz vəziyyətə gətirib. Qış mövsümünü başa çatdırmaq üçün hazırda 4 ton maye yanacaq verilib. Əlavə yanacaq lazım olarasa yenədə veriləcək. Davamiyyətdə heç bir problem yaşanmayacaq.