• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1125
— 05.11.2018 13:25

Qəsdən yanğın törədərək özgə əmlakına ziyan vuran şəxs tutuldu

KepezTV Player

Masallıda qəsdən yanğınlar törədərək bir neçə şəxsin əmlakını məhv edən rayon sakini saxlanılıb. Oktyabrın 29-da Masallının Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib. Nəticədə tikilinin 100 kvadratmetr sahəsi və oradakı əşyalar yanıb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evi qəsdən yandırmaqda şübhəli bilinən Bədəlan kənd sakini Taleh Həsənov saxlanılıb. Araşdırmalarla onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Həsənovun oktyabrın 19-dan 31-dək olan müddətdə həmkəndliləri və qohumları Vüqar Məmmədzadənin mağazasını və anbarını, Hakim Həsənovun “VAZ-2106” markalı avtomobilini, Azər Cəbiyevin "Kamaz" markalı yük maşının salonunu və bir tövləni yandırdığı da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.