• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 05.11.2018 13:16

Vətəndaşlara saxta pul verən ana-bala saxlanıldı

KepezTV Player

Bakı şəhəri Nəsimi rayonunda kirayədə yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeron rayonunda saxta pulla vətəndaşları aldatdığına görə saxlanılıblar. Belə ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində yerləşən, işlədiyi şirniyyat evində tanımadığı qadının ona bir ədəd 50 manatlıq saxta pul verməsi barədə polisə müraciət edib. Digər vətəndaş Adilə Sadıqova da Masazır qəsəbəsində ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verdiyini bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə həmin cinayəti törədən ana və oğul tutularaq istintaqa təhvil verilib. Əməliyyat tədbirlərinin davam olaraq onların yaşadığı mənzilə baxış keçirilib. Saxta pul düzəltmək üçün istifadə olunan rəngli printer və digər aksesuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Ailənin digər övladı analoji cinayət əməlinə görə hazırda məhkumluq həyatı yaşayır. Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət işi açılıb, araşdırmalar davam etdirilir.