Bu günə xəbərlərin oxunma sayı: 1171
— 05.11.2018 13:29

"Niva" aşdı, 3 nəfər yaralandı

KepezTV Player

Zaqatalada yol qəzası baş verib, üç nəfər xəsarət alıb. Zaqatala-Muğanlı-Faldar avtomobil yolunda Muğanlı kənd sakini, 28 yaşlı Mehman Yusifov “Niva” markalı avtomobillə hərəkətdə olarkən döngədə idarəetməni itirib. Nəticədə maşın aşıb. Qəzadan sonra sürücü və sərnişinlər - Muğanlı kənd sakinləri 37 yaşlı İsmayıl Yusifov və 28 yaşlı Mehman İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.