Bu günə xəbərlərin oxunma sayı: 1170
— 05.11.2018 13:26

Kişini qatar vurdu

KepezTV Player

Tovuzda orta yaşlı kişini qatar vurub. Hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. Hələlik şəxsiyyəti məlum olmayan kişi qatarın altında qalaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalara başlanılıb.