• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 05.11.2018 13:22

Su quyusuna düşən qadın boğuldu

KepezTV Player

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Liman şəhər sakini 62 yaşlı Vəskinə Əliyeva ehtiyatsızlıqdan yıxılaraq evlərinin yaxınlığında, yol kənarındakı ümumi istifadə üçün nəzərdə tutulan su quyusuna düşüb. Dərhal hadisə yerinə cəlb edilən FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri dərinliyi 3 metr, eni 1 metr olan quyudan qadının cəsədini çıxarıblar. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Fakt araşdırılır.