• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 05.11.2018 10:03

Apple yeni MacBook Air noutbukunu təqdim etdi

Apple rəsmi şəkildə MacBook Air noutbukunu təqdim edib. Çoxlarının gözlədiyi qurğu indi daha yığcam və nazikdir. Onun 13,3 düymlük Retina adlı ekranı iki dəfə daha dar çərçivə ilə əhatə olunub. Ekranın verdiyi rənglər 50% aydınlaşıb. İki Thunderbolt portu ilə təmin olunan yenilənmiş MacBook Air 1,25 kiloqram çəkidədir. Korpus yenidən emal olunmuş alüminiumdandır. Noutbukdakı digər yeniliklər klaviaturanın 3-cü nəsil “kəpənək” mexanizmi ilə işləməsi və taçpaddan iri olmasıdır. Sağ yuxarı hissədə barmaq izlərini tanıyan Touch ID sensoru quraşdırılıb. O cihazı blokdan çıxara və Apple Pay servisindən alış-verişi təsdiqləyə bilir. Yeni MacBook inteqrasiya olunmuş 8-ci nəsil Intel Core prosessoru ilə işləyir. Versiyadan asılı olaraq noutbuk 8 və ya 16 QB yaddaş, SSD isə 1,5 terabaytadək məlumat saxlamaq iqtidarındadır. Yeni Apple noutbuku 7 noyabrdan satışa çıxır. Qiyməti 1199 dollardan başlayacaq noutbuk sifarişə artıq hazırdır.