• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 05.11.2018 10:02

8 təkərli Isuzu pikapı peyda oldu

YouTube-da səkkiz təkərli pikapın videosu yayılıb. Maşın 1989-cu ilin Isuzu LS SpaceCab avtomobilinin bazasında yığılıb. Sahibi Stiv Frensis pikapı tamamilə dəyişdirib: asmanı endirib, qapıları dəyişdirib və V8 Chevrolet smol-bloku quraşdırıb. Unikal pikapın ortaya çıxması üçün Stivin 20 ili gedib. Avtomobilin asmasını 89 millimetr endirib, 20 düymlük təkərlər geyindiriblər. Ümumi uzunluq 6,4 metrdir. Kuzovda 32 düymlük televizora da rast gəlmək olar.