Bu günə xəbərlərin oxunma sayı: 1170
— 03.11.2018 15:45

Turqut Həsənov dünya çempionatında iştirak edəcək

KepezTV Player

İspaniyanın paytaxtı Madriddə karate üzrə XXIV dünya çempionatı keçiriləcək. İki ildən bir təşkil olunan yarışda 20 idmançımız iştirak edəcək. Tokio olimpiadasına lisenziya üçün reytinq xalları verəcək mundiala  Azərbaycan yığması döyüşkən heyətlə qatılacaq. Belə ki, Rafael Ağayev başda olmaqla millinin aparıcı üzvləri tatami üzərinə çıxacaq. Dünya çempionatı üçün yığmanın heyətinə cəlb olunan idmançılar arasında Gəncə karate məktəbinin yetirməsi Turqut Həsənov da var. O, komanda kumite yarışlarında qüvvəsini sınayacaq. Həsənov Avropa çempionu, beynəlxalq turnirlərin və nüfuzlu Premyer Liqa yarışının mükafatçısıdır. Karateçi son 2-3 ildə əsas yığmanın heyətində möhkəmlənərək müxtəlif səviyyəli yarışlarda ölkəmizi təmsil edir.

Azad Rəfi