• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 03.11.2018 15:24

Şəmkir Gənclər Mərkəzində “Kitab evi” açılıb

KepezTV Player

Şəmkirdə kitab və mütaliə mədəniyyətinin yüksəldilməsi məqsədilə açılan mərkəzdə azərbaycan, rus, ingilis və digər dillərdə yerli və xarici ədəbiyyat nümunələri, şəxsi inkişaf, fəlsəfə, vətənpərvərlik və s mövzularda kitablar təqdim olunur. Rayonda kitab evinin açılması oxuculara lazımi elmi və bədii ədəbiyyatların əldə edilməsində kömıklik göstərməklə yanaşı, onların asudə vaxtlarını səmərəli təşkililinə də imkan yaradacaq. Elm və bilik mənbəyi olan kitabın insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolundan söz açılıb, yeni fəaliyyətə başlayan “Kitab evi” ilə bağlı təkliflər səsləndirilib. Mərkəzdə kitab klubu da fəaliyyət göstərəcək. Həftə sonları kitab müzakirələri, ayrı-ayrı yazıçılarla görüş və oxu mədəniyyətinin təbliği üçün müxtəlif sosial layihələr icra olunacaq.

Kənan İbarhimov Şəmkir Gənclər Mərkəzinin direktoru: Əsas məqsədimiz ondan ibarətdir ki gənclərin ədəbi bədii söhbətlərini çayxanalardan çıxarıb kitab evlərinə axın etməkdir. Artıq gənclər ədəbi bədii söhbətlərinə kitabla bir başa əlaqəni Şəmkir Gənclər Mərkəzində fəaliyytə göstərən kitab evində tənzimləyə biləcəklər. Bilirsiz ki kitablar qocalıqda yaxşı dost cavanlıqda isə ən yaxşı rəhbərdir. Kitablar vasitəsi ilə gənclər öz dünya görüşünü öz bilik və bacarıqlarını və bununla yanaşı düşünmə tərzlərini dəyişə bilirlər.

Natiq Hüseyn