• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 02.11.2018 13:48

Şəmkirdə uşaq bağçası yanıb

KepezTV Player

Şəmkirdə yanğın olub. Gecə saatlarında uşaq bağçası yanaraq yararsız hala düşüb. Hadisə zamanı binada heç kim olmadığından, xəsarət alan yoxdur.

Alov Şəmkirin Çinarlı kəndində yerləşən uşaq bağçasında meydana gəlib. Hadisə ötən gecə saat 4 radələrində naməlum səbəbdən baş verib. Əraziyə FHN-in Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası cəlb olunub. Ümumi sahəsi 270 m² olan birmərtəbəli tikilinin 250 m²-lik hissəsi tam yararsız hala düşüb. Binanın yanar konstruksiyaları ilə yanaşı, bütün əşya və inventarları da sıradan çıxıb.

Rayon rəhbərliyi hadisə yerinə baş çəkib. Bağçanın fəaliyyətinin davam etdirilməsi üçün tədbir də görülüb. Yanğının baş vermə səbəbləri araşdırılır. 

 

Natiq Hüseyn