• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 02.11.2018 13:16

10 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb. Ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.