• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 01.11.2018 20:50

Qazaxda sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

KepezTV Player

Qazax Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyatda nizam-intizamın yaradılması məqsədi ilə reyd təşkil ediblər. Qaydalara əməl etməyən sürücülər barəsində inzibati tədbir görülüb.

Yoxlama zamanı bir sıra qeyri-qənaətbəxş məqamlar aşkara çıxarılıb. İri və kiçik tutumlu avtobuslarla normadan artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan nəqliyyat vasitələrinin sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Reyd zamanı həmçinin sürücülərə normativ aktlar və qaydalar izah olunub.  Ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, xəttə buraxılmazdan əvvəl texniki cəhətdən yoxlanılmalı, çatışmazlıqlar olarsa, aradan qaldırılmalıdır. Sürücülər isə hər gün işə başlamazdan öncə tibbi müayinədən keçirilməlidir.

Elxan Əhmədov DYP inspektoru: Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. Reydin məqsədi sərnişinlərin təhlükəsiz mənzil başına çatdırılmasıdır.

Qayda pozuntularına yol verən sürcülərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Natiq Hüseyn