• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 01.11.2018 16:43

Gəncə Dövlət Universitetinin 23 nəfər əməkdaşı medal və fəxri ad alıb

KepezTV Player

Pezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Gəncə Dövlət Universitetinin 23 nəfər əməkdaşı medal və fəxri adlara layiq görülüb. Mükafatlar Azərbaycanda təhsilin inkişafındakı xidmətlərə görə verilib.

Gəncə Dövlət Universitetinin 15 əməkdaşı “Tərəqqi” medalına layiq görülüb. 7 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

Gülsüm Fətəliyeva əməkdar müəllim: Bu fəxri ad mənim üçün daha önəmlidir, daha sevindiricidir. Mən 50 ildir ki, təhsildə çalışıram. Bu təhsilən verilən ən böyük qiymətdir

Mübariz Yusibov əməkdar müəllim: Təltif olunduğuma görə mən öz sahəm üzrə işləyən bütün mütəxəsislərə verilən qiymət kimi mən hesab edirəm

Sevda Əhmədova tərəqqi medalı mükafatçısı: Mənə bir çox adlar verilib. Ancaq prezident tərəfindən mənə verilən tərəqqi medalı adına görə sevincimin həddihüdudu yoxdu. Mən buna çox sevinirəm.

Vaqif Novruzov tərəqqi medalı mükafatçısı: Universtetin böyük bir qrup professor müəllim heyyəti əməkdar müəllim, əməkdar inşaatçı, eyni zamanda tərəqqi medalı ilə təltif olunub. Bu universtetin son illərdə əldə etdiyi böyük bir nailiyyətdir

Gəncə Dövlət Universtetində fəxri ad və medal alan professor-müəllimlərlə görüşdə 80 illik ali təhsil ocağının tarixindən danışılıb. Universtetdə təlimin ənənəvi metodlarla yanaşı, tədris prosesinə, bilik və bacarıqların mənimsənilməsinə yeni yanaşma hallarına xüsusi diqqət yetirilməsi vurğulanıb.

Emma Aslanova əməkdar müəllim: Gəncə Dövlət Universtetin 80 illiyi yaxınlaşır. Bu günlərdə biz onu bayram kimi qeyd edirik. Universtetimiz günbəgün inkişaf edir. Azərbaycan tarixi kafedrası olaraq dövlətə dövlətçiliyə həmişə sadiq olmuşuq.

Pərvin Kərimzadə əməkdar müəllim: Biz əmin edirik ki, var gücümüzlə çalışaraq Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq müxtəlif innavativ ideyalarla, müasir tələblərə uyğun olaraq öz təhsilimizi daha da inkişaf etdirəcəyik,Azərbaycan üçün layiqli mütəxəsislər və layiqli vətəndaşlar yetirəcəyik

Qərb bölgəsində pedaqoji kadr hazırlayan ən böyük və qocaman ali təhsil ocağı olan GDU-da  6 mindən çox magistr və tələbəyə  100-ə yaxın ixtisas üzrə  583 müəllim elmin sirrini öyrədir

Elnur Vahidoğlu