• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 31.10.2018 14:45

Kəlbəcər rayon Mədəniyyət evində Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbir keçirilib

KepezTV Player

Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirib. O,yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır. Bu fikirlər Kəlbəcər rayon Mədəniyyət evində Aşıq Şəmşirin 125 illiyi ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Çıxışlarda vurğulanıb ki, Dədə Şəmşirin 40-dan artıq şagirdi olub və onlar Azərbaycan aşıq sənətinə öz töhfələrini veriblər. Aşıq Şəmşirin qeyri-adi səsi, çalğısı, şairliyi heç kəslə müqayisə edilmir. Ədibin doğma yurdu Kəlbəcərdən, həmçinin zəngin yaradıcılığından bəhs edən videoçarxın nümayişindən sonra sazlı-sözlü qonaqlar Aşıq Şəmşirin şeirlərini səsləndirib, nəğmələrini oxuyublar.

Hacı Əmrahov - Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon üzrə baş məsləhətçisi: Ölkə başçısı cənab İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Kəlbəcər rayon Mədəniyyət evinin kollektivi Şəmşirin 125 illiyinin keçirilməsi haqqında bu gün silsilə tədbirlərimiz davam edir. Aşıq Şəmşir klassik ədəbiyyatda özünə yer tutmuş bir sənətkar olub. Bizim rayonumuz işğal altında qalıb, Aşıq Şəmşirin məzarıda bu gün işğal altındadır. Növbəti yubleylərimizi doğma Kəlbəcərimizdə, Dədə Şəmşirin yaşadığı Ağdaban kəndin də qeyd edək.

 

Elnur Vahidoğlu