• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 31.10.2018 14:37

ADAU-da sürücülük kurslarını bitirən tələbələr imtahan veriblər

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün fəaliyyət göstərən sürücülük kurslarını bitirən tələbələr imtahan veriblər. İmtahan Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin  Səyyar Xidmət Qrupu tərəfindən həyata keçirilib. Kursları müvəffəqiyyətlə başa vuran 38 nəfərdən 34-ü imtahanlarda əla nəticə göstərərək sürücülük vəsiqəsi əldə ediblər. Bu günə qədər səyyar qrupun xidmətindən 6 mindən çox vətəndaş istifadə edərək mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi alıb.

Azər Qarayev - Baş Dövlət Texniki Nəzarət Xidmətinin sektor müdiri:  Cari il ərzində 2 mindən artıq sürücülük vəsiqəsi tərəfimizdən verilmişdi. Əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı texnikalarına maraq xeyli artmışdı. Bunun əsas amillərindən biridə universitetdə yaradılmış bu kurslardır. Biz artıq 3-cü qrupdan bu imtahanları qəbul edirik. Bu imtahanlarda xanımlarda iştirak edir. Və bu bizi çox sevindirir. 

Nailə Sadıqova - tələbə: Kənd təsərrüfatı maşınlarına çox böyük marağım var idi.  Istiyirdim bu maşınları sürməyi bacarım. Buna görədə mən universitetimizdə təşkil olunan bu kurslardan iştirak etdim həm nəzəri həmdə praktiki cəhətdən. Istədiyimədə nail oldum. Imtahanda 10 suala doğru cavab verib sürücülük vəsiqəsi aldım.