• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2346
— 30.10.2018 16:38

Gəncəli şahmatçı Türkiyədə məşqçi işləyir

KepezTV Player

Gəncə şahmat məktəbinin yetirməsi Vüqar Rəsulov bir müddətdir ki, Türkiyədə fəaliyyət göstərir. İti zəka sahibi qardaş ölkədə məşqçi kimi çalışır.

Ötən ildən Bursa şəhərində məskunlaşan Rəsulov burda uşaq və yeniyetmələrə şahmatın sirrlərini aşılayır. Məşqçiliklə yanaşı, o, şahmatçı kimi də karyerasını davam etdirib müxtəlif yarışlarda iştirak edir.

Türkiyədə olduğu müddətdə Vüqar Rəsulov ardıcıl turnirlərin qalibi və mükafatçısı olub. Onun uğurlu çıxışları yerli mütəxəssislər tərəfindən də maraqla izlənir və bu, gələcəkdə Rəsulovun Türkiyə yığmasına keçmək üçün imkan aça bilər.

Reytinq xalı 2538 olan şahmatçının bu qərara gəlməsinin əsas səbəbi təbii ki, Azərbaycan yığmasına düşməyin çətinliyidir. O, reytinqə görə ölkəmizin 10-cu şahmatçısıdır və sonuncu dəfə milliyə 2015-ci ildə çağırılıb. Odur ki, yığma komandada rəqabət böyük olduğundan Vüqara mütamadi dəvətə belə bağlamır.

Vüqar Rəsulov Gəncənin ilk və hələlik tək kişi qrossmeysteridir. 27 yaşlı şahmatçı 2007-ci ildə FİDE, 2009-cu ildən beynəlxalq dərəcəli usta normasını yerinə yetirib. Gənclərin universiadasının qalibi, kişilər arasında Azərbaycan çempionudur.

Azad Rəfi