• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 30.10.2018 16:32

Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğu tərəfindən bayram tədbiri təşkil edilib

KepezTV Player

Türkiyə Cümhuriyyətinin elan olunmsının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğu tərəfindən bayram tədbiri təşkil edilib. Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf  və tərəqqisindən danışıb. Qeyd edilibb ki,  Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar. Həmrəylik göstərən Azərbaycan və Türkiyə  arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Gəncə şəhəri ilə Türkiyənin şəhərləri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir.  Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Natiq Hüseyn