• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1419
— 30.10.2018 16:28

Göygöldə Aqrar İnkişaf Könüllüləri Hərəkatının üzvləri təcrübə keçir

KepezTV Player

Məlum olduğu kimi respublikamızda İlk dəfə olaraq yeni “Aqrar İnkişaf Könüllüləri Hərəkatı” yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan bu hərəkat bölgələrdə olan  Dövlət Aqrar İnkişaf Mərkəzlərində könüllü olaraq əyani təcrübə keçirlər.  

Oktyabrın 1-dən “Aqrar İnkişaf Könüllüləri Hərəkatının” 10 üzvü Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində faəliyyət göstərir. Mütəxəssislər onlara torpağın şumlanmasını, toxumun gübrələnməsini, səpinin aparılmasını, aqrotexniki qulluq qaydalarını izah edirlər. Qabaqcıl ölkələrdə istehsal edilən cihazlarla təmin olunan Göygöl Regional Aqrokimya laboratosiyasında isə könüllülərə torpağın analizinin aparılması əyani şəkildə göstərilir.

Müsal Verdiyev könüllü : “ Azərbaycan Dövlət Aqrar Universtetinin birinci kurs tələbəsiyəm, Yer qurluşu, torpaq şəhər katastırında oxuyuram. İxtisasıma görə burada torpaqların, ərazilərin ölçülməsidir, xəritələtin çəkilməsi kimi məsələlərdən bizə köməklik olunur”.

Sin İlahə Novruzova könüllü :“Azərbaycan Dövlət İqtisad Universtetinin Biznes inzibatçılıq fakültəsini bu il bitirmişəm.Mühasib yanında könüllü olaraq subsitsiyaların verilməsi, maaşların hesablanmasında köməklik göstərirəm və özüm üçün də öyrənirəm”.

Könüllülər 3 ay müddətində Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində təcrübə keçəcəklər.

Murad Novruzov Aqrar İnkişaf Könüllüləri Hərəkatının Göygöl rayonu üzrə qrup rəhbəri : “ Gələcək iş yerlərində rəhbərliklər, vətəndaşla ümumi davranış qaydaları  burada tam mütləq şəkildə öyrədilir. Aqrar İnkişaf Könüllüləri daimi bir hərəkatdır və ardıcıllığı qorunub saxlanılacaqdır”.

Sonda  hər bir könüllüyə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sertifikatlar veriləcək. 

Elnur Vahidoğlu