• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 30.10.2018 15:49

Gəncədə küləkli havalarda təhlükə yaradan quru ağaclar zərərsizləşdirilir

KepezTV Player

Payız-qış mövsümünün başlaması ilə əlaqədar Gəncədə təhlükəli hesab edilən, çoxillik qurumuş ağaclar kəsilərək zərərsizləşdirilir. Şəhər yaşıllaşdırma idarəsi bununla bağlı mütəmadi olaraq reydlər həyata keçirir. Küçə və prospektlərdə, eləcə də çoxmərtəbəli binalarının qarşısında insanlar üçün təhlükə yarada biləcək qurumuş ağaclar aşkar edilir və aktlaşdırılaraq ərazidən götürülür. İlin əvvəlindən bu günə kimi daxil olan ərizələr əsasında müxtəlif ərazilərindən 100-dən artıq ağacın götürülməsi həyata keçirilib. İlin sonuna daha 20 ağacın kəsiləcək.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdrma Şöbəsinin baş aqronomu: Şəhərdən ən çox ziyan verən, ömrünü başa vurmuş ağaclar əsasən qovaq ağaclarıdır. Bunlar demək olar ki, 70-ci illərdə əkilən ağaclardır və önlar öz ömrünü başa vurmuş hesab edilirlər. Hazırda da şəhərin Azərbaycan bayrağı küçəsində 2 nömrəli binanın qarşısında 2 ədəd belə ağac ərazidən götürülür və təhlükə aradan qaldırılır.