• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 30.10.2018 14:03

Modul tipli məktəbdə yanğın oldu

KepezTV Player

Xaçmaz rayonunun Gəncəli kəndindəki məktəb binasında yanğın baş verib.100 şagird yerlik modul tipli məktəb binasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılmamış kənd sakinləri tərəfindən söndürülüb.Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi də cəlb olunub.Yanğına məktəb binasının damında elektrik xəttində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.Hadisə nəticəsində təhsil ocağına ciddi ziyan dəyməyib.