• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 29.10.2018 14:35

DİM-in təşkil etdiyi növbəti sınaq imtahanı baş tutub

KepezTV Player

Ötən gün Dövlət İmtahan Mərkəzi  tərəfindən 2019-cu ildə Respublikanın ali təhsil müəssisələrində yeni təhsil proqramları ilə bağlı keçirələcək qəbul imtahanlarına hazırlıq üçün ilk sınaq imtahanı keçirilib. Sınaq imtahanı ölkənin 10 şəhər və rayonunda baş tutub. Ümumilikdə 6600 nəfər şagird qeydiyyatdan keçib. Gəncə şəhəri üzrə isə bu say 392-dir.  Bir binada həyata keçirilən imtahanın idarə olunması üçün 2 rəhbər və 26 zal nəzarətçisi təyin olunub.