• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 29.10.2018 13:39

Qəzalar yenə peşmanlıq gətirdi

KepezTV Player

Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəza qeydə alınıb. 19 yaşlı Sənan Məmmədov idarə etdiyi avtomobillə 7 yaşlı Şəmkir sakini Zəhra Məmmədovanı vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən keçinib.

Daha bir qəza rayonun Dəllər Cəyir kəndində olub. Elxan Bəylərov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 10 yaşlı Tuncay Əliyevi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alaraq öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Goranboy rayonunda da yol qəzası baş verib. Rayonun Qızılhacılı kəndində 36 yaşlı Teymur Həsənovu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan Həsənov öncə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardımdan sonra Gəncədə yerləşən xəstəxanaların birinə göndərilib.

Tovuz rayonunda zəncirvari qəza olub. Hadisə şəhərin mərkəzi hissəsindəki avtomobil yolunda baş verib. Yolda hərəkətdə olan avtomobillərdən birinin qəfil əyləci basması nəticəsində arxasınca hərəkət edən "Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər bir-birinə çırpılıb. Sürücülərdən 2 nəfər - 49 yaşlı Yaşar İsmayılov qapalı kəllə-beyin travması, 48 yaşlı MahirBabayev baş nahiyəsinin çapılmış yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.