• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 29.10.2018 14:27

Goranboylu fermerlər örüş sahəsi tapmaqda çətinlik çəkir

KepezTV Player

İllərdir istifadə etdikləri örüş sahəsinin əllərindən alınacağından ehtiyatlanırlar. Goranboyun Faxralı kəndində yaşayan Alıyevlər ailəsi bu problemlə üz-üzə qaldıqlarını deyirlər. Qarşı tərəf isə narahatlığa əsas görmür. ARB-nin qaynar xəttinə daxil olan müraciəti əməkdaşımız Natiq Hüseyn araşdırıb.

Goranboy rayonunun Faxralı kəndində yaşayan Alıyevlər ailəsi illərdir qoyunçuluqla məşğul olur. Ailə üzvlərinin sözlərinə görə, bu günədək xırda davarları Dəyirmanlılar bələdiyyəsinə məxsus örüş sahəsini icarəyə götürməklə otarıblar.  Ancaq bu ildən onların bu torpaqlardan istifadə təhlükəsi yaranıb. Vətəndaşlar iddia edirlər ki, Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru  Ziyad Əhmədov örüş sahələrini özününküləşdirib.

Məhərrəm Alıyev – fermer: Otlaq shəsi yoxdur. Bu örüşüdə Kənd Təsərrüfatı İdarəsinin müdiri əlimizdən almaq istəyir. Deyir mən almışam çıx. İcra hakimiyyətinin  bir dəfə qəbulunda olmuşuq. Oda deyir ki gedin əlinin əlliyə bölün. 100 hektar yeri bölün. Mən sizi barışdırmaq istəyirəm.

Fermelər onu da bildiriblər ki, bu günədək icarə əsasında istifadə etdikləri torpaq sahəsinin müqabilində  Dəyirmanlılar bələdiyyəsinə müəyyən məbləğdə pul ödəyiblər. Ancaq bələdiyyə bu ödənişin qarşılığında vətəndaşa heç bir sənəd verməyib.

Məhərrəm Alıyev – fermer: Dəyirmanlılar kəndinin bələdiyyə torpaqlarıdır. 100 hektar örüş yeridir. İldə mən bələdiyyəyə icarə pulunu verirəm. Heç bir sənəd mənə verilməyib ki əlimdə sənəd olsun.

Sübhan Alıyev - fermer:  İldə 2 min manat icarə pulu verirəm. Sədi Hüseynov bizə heç bir sənəd verməyib. Onun adı var özü yoxdur. Mən tapa bilmirəm ki bu yeri sənədləşdirim. İndi də Ziyad Əhmədov bizə imkan vermir ki biz bu yeri səndələşdirək.

Fermelrərin icarə haqqı ödəməsinə münasibət bildirən bələdiyyə sədri deyilənləri inkar edir. Həmin torpaq sahələrinin bələdiyyə mülkiyyətində olduğunu və heç kimə icarəyə verilmədiyini bildirir.

Sədi Hüseynov - Dəyirmanlılar kənd bələdiyyəsinin sədri: Heç kimə heçnə icarəyə verməmişəm. Heç bir torpaq icarədə olmayıb. Heç kimdə müraciət etməyib. Hərrac olmalıdır və hərraca çıxarılmalıdır. Hərracda kim istəsə gəlib iştirak edə bilər.

Otlaq sahəsini öğzününküləşdirildiyi iddia edilən Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədov isə otlaq sahəsinin ona məxsus olmadığını və fermerlərə onun tərəfindən heç bir qadağa qoyulmadığını deyib.

Ziyad Əhmədov - Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Mən və atam bu gün heç kimə heç haradan çıx deməmişik. Deməyədə bu günləri hüququmuz yoxdur. Çünki hüquqi sənəd yoxdur. Nə vaxt olarsa atam oranı hərracda udub öz heyvanlarını saxlamaq fikrinə düşərsə onda bəli qanuna uyğun hamı yeri icarədara təhvil verməlidir.

Hərrac haqqında qanuna əsasən torpaq sahəsini birbaşa icarəyə götürmək qanuna ziddir. Torpaq sahələrinin icarəsi yalnız hərrac yolu ilə müəyyənləşdirilə bilər. Sözügedən hərracda isə yaşadığı şəhər və rayondan asılı olmayaraq hər bir vətəndaş iştirak edə bilər.

 

Natiq Hüseyn