• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2294
— 29.10.2018 14:23

Şəmkirdə Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib

KepezTV Player

Bu il görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər nəinki Azərbaycanda, ölkə hüdudlarından kənar da təşkil olunub. Elə bu münasibətlə Şəmkirdə Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyətinin iştirakı ilə konsert proqramı keçirilib. Alman Lüteran kilsəsində təşkil olunan tədbirdə bəstəkarın bir-birindən gözəl əsərləri orqan musiqi alətində səsləndirilib. Konsert proqramlarının ilin sonunadək digər bölgələrdə də təşkil olunacaq.

Səbinə Bəylərbəyova – Bakı Musiqi Akademiyasının müəllimi: -“Məqsədimiz həm Qara Qarayevin, həm də orqan musiqisini təbliğ etməkdir. Bu artıq bizim 4-cü konsert proqramımızdır”.

 

Natiq Hüseyn