• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2132
— 29.10.2018 13:11

Top mərmisi tapılıb

KepezTV Player

Ağcabədi rayonunda bir ədəd PHS tapılıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.