• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 29.10.2018 13:19

Qanlı olaylar yaşandı

KepezTV Player

Abşeron rayonunda qanlı hadisə baş verib. Xırdalan şəhəri Əliyarbəyov 3 ünvanında yaşayan 37 yaşlı Ülviyyə Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub və reanimasiyaya yerləşdirilib. Xəstəxanadan polisə məlumat verilib. Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən şəxs müəyyən edilib. Məlum olub ki, Ülviyyə Məmmədovanı həyat yoldaşı qısqanclıq zəmnində bıçaqlayıb. Digər hadisə Binəqədi rayonunda qeydə alınıb. 30 yaşlı Anar Aslanov yaşadığı Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralının vəziyyəti orta ağır olduğundan polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Faktla əlaqədar Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində araşdırmalar aparılır.