• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2201
— 27.10.2018 15:11

Samuxda İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

KepezTV Player

Samux rayon Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub. Şairin həyat və yaradıcılığına nəzər yetirilib. Qeyd olunub ki, Nəsimi öz yaradıcılığında yalnız milli deyil, ümumbəşəri dəyərləri tərənnüm edib. Şair-mütəfəkkirin ideyaları, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman unudula bilməz. Çıxışlarda İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədər Samux rayonunda keçiriləcək silsilə tədbirlər barədə də məlumat verilib.

Natiq Hüseyn