• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 26.10.2018 14:38

ADAU-da qiyabi təhsil alanlar üçün payız sessiyası imtahanlarına start verilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi təhsil alanlar üçün payız sessiyası imtahanlarına start verilib. 7 ixtisas üzrə 90 nəfər birinci kurs tələbəsi üçün təşkil olunan imtahanlar 3 gün davam edəcək. Prosesi media nümayəndələri də izləyiblər. ADAU-da qiyabi şöbənin birinci kursunda 118 tələbə 11 ixtisas üzrə təhsil alır. Onların təklifi və universitet rəhbərliyinin göstərişi ilə imtahanların elektron şəkildə test üsulu ilə aparılması məqsədəuyğun sayılıb.

Səbuhi Məmmədov - ADAU-nun Test İmtahan Komissiyasının rəhbəri: "Topladıqları bal heç də əyani tələbələrin topladıqlarından az deyildir. Yüksək balla qəbul olublar. Ola bilər ailə vəziyyətinə ya başqa səbəbə görə qiyabi ixtisası seçiblər. Ancaq bunların içində çox zəkalı, bilikli tələbələr vardır. Gələcəkdə təhsillərini istər əyani şöbədə istər aspiranturada davam etdirmək istəyirlər".

Tuncay Quliyev - tələbə - “Ekologiya fənni ilə bağlı imtahan keçirildi. İmtahan şəffaf keçdi. Əvvəlcədən bizə sualları təqdim etmişdilər. Qrup olaraq hazırlaşdıq. Mənə elə gəlir hər bir tələbə istədiyi nəticəni toplayacaq. Mən də istədiyim nəticə olamsa da keçid balını keçdim.”

Xanbaba Xəlilov - tələbə: “Sabirabad rayonundan gəlmişəm. Aqrokimya ixtisası üzrə təhsil alıram. Mən bir təsərrüaftçı olaraq öz ixtisasıma dərindən sahiblənib yiyələnmək istəyirəm. Öz təsərrüfatımda öz işimə rəhbərlik etmək üçün gözəl şərait yaradılıb. Təşəkkür edirəm”.