Futbol üzrə Azərbaycan 1-ci divizionunun 8-ci turu çərçivəsində qərb derbisi baş tutub. Gəncədə “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Əvvəlki iddiasından geri düşməklə mövqeyi zəifləyən komandalar arasında keçirilən görüşün ilk yarısında 1 qol qeydə alınıb ki, məhsuldar zərbə qonaqlardan gəlib. 35-ci dəqiqədə Cavid Hümmətli yerli azarkeşləri üzüb. Fasilədən sonra da fəal olan tovuzlular 59-cu dəqiqədə İlkin Sadıqovun penaltidən vurduğu qolla fərqi ikiyə yüksəldiblər. Eltay Aslanov yetirmələri qarşılaşmanın 71-ci dəqiqəsində rəqibin qapısına növbəti dəfə yol tapıb. Elçin Qasımov da qol vuranların sırasına qoşulub. Qalan vaxtda gəncəlilər təsəlli qolu ilə kifayətləniblər. 83-cü dəqiqədə komandası adına fərqlənən Ziyabil Məmmədov yekun nəticəni müəyyənləşdirib. “Kəpəz” 1 “Turan Tovuz” 3.
Orxan Cəfərzadə
- Baxış: 1003